Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bayer" yeni hücumçusunu açıqladı

Tarix: 28 Yanvar 2024 22:00

"Bayer" "Betis"dən Borxe İqlesiasın transferini rəsmiləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Leverkuzen təmsilçisi 31 yaşlı hücumçunu icarəyə götürüb.

Onunla cari mövsümün sonunadək sözləşmə imzalanıb. Müqaviləyə birdəfəlik satın alma hüququ da daxildir.

"Bayer" Borxenin icarəyə götürülməsinə görə "Betis"ə 1,5 milyon avro ödəyib. 

Qeyd edək ki, bu mövsüm İqlesias "Betis"in heyətində bütün yarışlarda 18 matç keçirib, 2 qol vurub və 2 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Bayer yeni hücumçusunu açıqladı


RƏYLƏR