Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2024 08:18
Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Maria" kilsəsində baş verən silahlı insidentlə bağlı 50-yə yaxın şəxs tutulub.
Sonxeber.net report.az-a xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya keçirdiyi mətbuat konfransında deyib.
"Mən bildirdim ki, cinayəti törədənlər tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunacaqlar. Polis qüvvələrimiz gün ərzində 30 müxtəlif ünvanda reyd keçirib, 47 nəfər saxlanılıb. Qətl törədən hər iki şəxs yaxalanıb. Biz hesab edirik ki, biri tacik, digəri rusiyalı olan bu iki əcnəbi İŞİD üzvüdür.
İstanbulumuz əsrlərdir müxtəlif din və məzhəblərə ev sahibliyi edir. Biz heç vaxt terrorçulara və əməkdaşlıq edənlərə dözməyəcəyik. Bir daha mərhum vətəndaşa, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Biz hər cür terrora qarşı əzm və qətiyyətlə mübarizə aparırıq"-deyə, o bildirib.