Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Korsikalı fəallar: Fransa ilə ortaq taleyimiz yoxdur

Korsikalı fəallar: Fransa ilə ortaq taleyimiz yoxdur

Tarix: 29 Yanvar 2024 16:52

Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) üzvləri son 10 ildə ilk mətbuat konfransı keçirib və bununla da keçmiş ənənələrinə yenidən bağlandığını bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fransa daxili işlər naziri Jerald Darmanən bir neçə gündən sonra bölgənin muxtariyyət məsələsini müzakirə etmək üçün adaya gedəcək.

Bu səfərdən əvvəl Korsika Milli Azadlıq Cəbhəsi son 10 ildə ilk dəfə mətbuat konfransı keçirib. Konfransda iştirak edən silahlı 11 FLNC üzvü qara rəngli geyimdə və üzləri maska ilə tam örtülmüş olub. Onların qarşısındakı stolun üzərində FLNC-ın bayrağı qoyulub. Onlar bununla şəxsiyyətlərini gizli saxlayıblar. Mətbuat konfransında FLNC fəalları fəaliyyətlərinə görə məsuliyyəti öz üzrlərinə götürüblər. Həmçinin bildiriblər ki, onların akronimini qanunsuz istifadə edənlər belə iyrənc manipulyasiyalar vasitəsilə korsikalı fəalların mübarizəsini gözdən sala bilməyəcəklər.

Mətbuat konfransında FLNC üzvləri qeyd ediblər ki, Fransa hökumətinin təqdim etdiyi muxtariyyət Korsika xalqına müstəqillik vəd etmir.

Korsikanın müstəqilliyinin tərəfdarları son illər adada çox sayda fransızın məskunlaşdığını vurğulayaraq, bunun demoqrafik tarazlığı planlı şəkildə pozmağa yönəldiyini və gəlmələrin sayını artırmağa xidmət etdiyini bildiriblər. Korsikalı fəallar Fransa ilə ortaq talelərinin olmadığını təkidlə təkrar ediblər.

Milli.Az


Etiketlər:  Korsikalı fəallar Fransa ilə ortaq taleyimiz yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ