Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2024 17:45
Azərbaycanlı model Diana Əhədpur geyimi ilə müzakirələrə səbəb olub.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, məclislərdən birinə qatılan model geyindiyi bahalı libası ilə bütün diqqətləri üzərinə çəkib.
Belə ki, Diananın "ALEX PERRY" brendinə aid donunun qiyməti 3609 AZN-dir.
Modelin palto, çanta və çəkmələri isə "Dolce & Gabbana" brendinə aiddir.
Çantasının qiyməti 3350 AZN, qalın üst geyiminin qiyməti 6777 AZN, çəkmələrin qiyməti 2119 AZN olub.
Əhədpurun üzərindəki geyimlərin ümumilikdə məbləği 15 855 AZN-dir.
Onların qiymətlərini kim_hardan_geyinir instaqram səhifəsi paylaşıb.
Məlumat üçün bildirək ki, azərbaycanlı model Diana Əhədpur iranlı iş adamı Əhədpur Xangah Mənuçehrin həyat yoldaşıdır.