Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2024 20:38
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ardınca bütün hökumət istefaya gedir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Bu gün o, istefa verdiyini açıqlayıb.
Gürcüstan Konstitusiyasına əsasən, Baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır, hökumət isə yeni baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir. Hökumət başçısının vəzifələri Baş nazirin birinci müavininə həvalə edilir.
Ölkənin bütün nazirləri nazir səlahiyyətlərini müvəqqəti icra edəcəklər. İndi Gürcüstan parlamentinin yeni baş nazirə və onun təqdim etdiyi hökumətə etimad göstərməsi üçün iki həftə vaxtı var.
"Gürcüstan hökumətində baş nazir dəyişikliyi ilə bağlı kadr dəyişiklikləri altı qurumun rəhbərinə də təsir edəcək", - "Mtavari Arxi" teleşirkəti mənbələrinə istinadən məlumat yayıb. O cümlədən Xarici İşlər, Ədliyyə, Səhiyyə, Müdafiə və Mədəniyyət nazirliklərinin rəhbərləri dəyişdiriləcək.
Etimad qazanmaq üçün hökumət azı 76 parlament üzvünün dəstəyini almalıdır.