Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Morata biznesə qoşuldu

Morata biznesə qoşuldu

Tarix: 30 Yanvar 2024 06:20

"Atletiko Madrid"in hücumçusu Alvaro Morata təxminən 60 milyon avro ödəyərək "Manolo Bakes" kafelər şəbəkəsinin ortaq sahibi olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "Marca" yazır.

Mənbənin sözlərinə görə, Morata dostu, keçmiş futbolçu və iş adamı Pablo Nuno ilə kafelər şəbəkəsinin səhmlərini alıblar.

Manzano ailəsi (şirkətin qurucuları) onların nəzarətində olan şirkətin qalan hissəsini satdıqdan sonra hər ikisi bütün brendə sahib oldular.

60 milyon avrodan əlavə olaraq Morata şirkətə qoşularkən əlavə sərmayə qoyub, lakin dəqiq məbləğ açıqlanmayıb.

Qeyd edək ki, "Manolo Bakes", ixtisası Manolitos kruvasanları olan, İspaniyada gündə 60 mindən çox miqdarda satılan kafelər şəbəkəsidir. Hazırda İspaniyada 40-dan çox müəssisə fəaliyyət göstərir.

Milli.Az


Etiketlər:  Morata biznesə qoşuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ