Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dell” öz kompüterlərinin tullantılarını azaltmağı planlaşdırır

“Dell” öz kompüterlərinin tullantılarını azaltmağı planlaşdırır

Tarix: 13 Noyabr 2019 15:40

Kompüter texnikasının istehsalı ilə məşğul olan ABŞ korporasiyası ətraf mühitə zərər verməyən qurğuların sayının artdığı haqqında məlumat verib. 2030-cu ilədək "Dell" korporasiyası hər bir qurğu üçün ekvivalent məhsulu təkrar istifadə etməyi və ya yenidən emal etməyi planlaşdırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Dell" şirkəti bərpa olunan enerji mənbələrinə keçməyi, həmçinin mümkün qədər az zərərli materiallardan istifadəni planlaşdırır. Şirkət 2030-cu ilədək öz məhsulunu daha enerji səmərəli etməyi və tullantıları iki dəfə azaltmağı planlaşdırır, bundan başqa, tullantıları azaltmaq üçün başqa şirkətlərlə əməkdaşlıq edəcək.

 

"Dell", həmçinin öz üzərinə utilizasiya sahəsində yeni öhdəliklər götürüb. 2030-cu ilədək hər bir qurğu üçün ekvivalent məhsulun təkrar istifadəsi və ya yenidən emalı planlaşdırılır.

 

Emil Hüseynov




Etiketlər:  Dell kompüterlərinin tullantılarını azaltmağı planlaşdırır


RƏYLƏR