Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2024 21:52
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola maraqlı açıqlama verib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, doğma klubu "Barselona"ya qayıda biləcəyini açıq şəkildə söyləyib:
"Bəli, mümkündür. "Siti"ni və ya istənilən komandanı çalışdıra bilərəm. Amma "Barselona" məni çağırsa, ora gedəcəm. "Barsa" mənim klubumdur".
Qvardiola "Barselona"nın yetirməsidir və 1990-2001-ci illərdə futbolçu kimi əsas komandada çıxış edib. O, 2008-2012-ci illərdə "Barsa"nı çalışdırıb və iki dəfə komanda ilə Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, Kataloniya klubunun baş məşqçisi Xavi mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb.