Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artıq çəki ilə mübarizə aparmağın SADƏ YOLLARI

Artıq çəki ilə mübarizə aparmağın SADƏ YOLLARI

Tarix: 30 Yanvar 2024 23:42

"Artıq çəki yığmaq asandır, lakin indi onlarla mübarizəyə başlamasanız, yay tətilinə qədər ondan qurtulmaq çətin olacaq. Bunun üçün artıq çəki ilə mübarizənin sadə və təsirli yollarını bilmək lazımdır".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu rusiyalı genetik Alina Levina deyib.

Hər şeydən əvvəl, mütəxəssis "arıqlama gündəliyi" saxlamağı tövsiyə edib. Bu gündəlikdə real məqsədləri və onlara nail olmaq üçün son tarixləri, eləcə də uğurları qeyd etmək lazımdır.

Əvvəlcə arıqlama prosesi plana uyğun getmirsə, özünüzü tənqid etməməlisiniz. Bu yanaşma qısa bir zamanda sizi həvəsdən salacaq. Levina hesab edir ki, hətta kiçik nəticələr üçün də özünüzü tərifləməyə başlamalısınız.

Mütəxəssisin daha bir tövsiyəsi qida qəbulunu ötürməməkdir. Bu, yalnız aclığı artıracaq və pəhrizi pozmağınıza səbəb olacaqdır.

Günün ən vacib yeməyi səhər yeməyidir. Səhər yeməyinin tərkibində kifayət qədər zülal olmalıdır.

Genetik həmçinin qida rasionunuza daha çox lif əlavə etməyi, kifayət qədər su içməyi və şəkərli içkilərdən uzaq durmağı məsləhət görür. Bundan əlavə, vurğulayır ki, kifayət qədər yatmalı və idmanla məşğul olmağa başlamalısınız.

Milli.Az


Etiketlər:  Artıq çəki ilə mübarizə aparmağın SADƏ YOLLARI


RƏYLƏR