Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-nin yeni prezidenti o olacaq - "Simpsonlar"dan ŞOK İDDİA

ABŞ-nin yeni prezidenti o olacaq -

Tarix: 1 Fevral 2024 01:32

Dünyadakı hadisələri proqnozlaşdırmaq qabiliyyəti ilə məşhur olan "Simpsonlar" serialı, "Covid-19" epidemiyası və Donald Trampın ABŞ prezidentliyi kimi böyük hadisələri qabaqcadan söyləməklə fenomenə çevrilib. 

Milli.Az xəbər verir ki, indi isə serial 2024-cü il ABŞ seçkiləri ilə bağlı yeni iddia ilə çıxış edib.

Simpsonlar komandasının son proqnozu 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlıdır.

İkonik serial Donald Trampın ilin sonunda keçiriləcək seçkilərdə yenidən prezident seçiləcəyini proqnozlaşdırır. Lakin bu öncəgörücülükdən sonra serial Trampdan sonrakı dövrdə ABŞ prezidentliyinə oturacaq şəxsin qadın olacağını nəzərdə tutur.

Hazırda Trampın 2024-cü il seçkilərində qayıdıb-qayıtmayacağı və əgər qayıtsa, ondan sonra prezident kürsüsünə gələcək qadının kim olacağı maraq doğurur. Bununla belə, "Simpsonlar"ın keçmiş dəqiq proqnozlarını nəzərə alsaq, bu yeni öngörücülük də çoxları tərəfindən nəzərə alına bilər. 

Mahmud
Milli.Az


Etiketlər:  ABŞ nin yeni prezidenti o olacaq Simpsonlardan ŞOK İDDİA


RƏYLƏR