Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baydenin yeni iqlim dəyişikliyi üzrə xüsusi elçisinin adı məlum oldu

Baydenin yeni iqlim dəyişikliyi üzrə xüsusi elçisinin adı məlum oldu

Tarix: 1 Fevral 2024 08:36

ABŞ prezidenti Cozef Bayden özünün innovasiyalar və təmiz enerji layihələrinin həyata keçirilməsi üzrə müşaviri olan Con Podestanı iqlim dəyişikliyi üzrə xüsusi elçisi təyin etməyə hazırlaşır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Qeyd olunub ki, Podesta yazda Con Kerrini əvəz edəcək: "Biz onun (Con Kerri - Qeyd) səyləri sayəsində əldə edilmiş sürəti qoruyacağıq", - Podesta deyib.

Xatırladaq ki, ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Con Kerri bu qış vəzifəsini tərk edəcək və Cozef Baydenə seçki kampaniyasında kömək edəcək.

Milli.Az


Etiketlər:  Baydenin yeni iqlim dəyişikliyi üzrə xüsusi elçisinin adı məlum oldu


RƏYLƏR