Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkənin məktəblərində rus dili tədris olunmayacaq

Bu ölkənin məktəblərində rus dili tədris olunmayacaq

Tarix: 1 Fevral 2024 14:40

"Litva Təhsil, Elm və İdman Nazirliyi Vilnüs meriyasının yeni tədris ilində rus dili ilə bağlı qərarını müsbət qiymətləndirir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Qintautas Yakştas "Ziniu radijas" radiostansiyasına müsahibəsində bildirib.

Qərara əsasən, yeni tədris ilində Litva və Polşa məktəblərində ikinci xarici dil kimi öyrənilməsi təklif olunan rus dilindən imtina ediləcək.

"Meriyanın qərarını çox müsbət qiymətləndirirəm", - o deyib.

Xatırladaq ki, yanvarın 26-da Vilnüs meriyası bəyan edib ki, sentyabr ayından 6-cı sinif şagirdlərinə rus dilini ikinci xarici dil kimi öyrənməyi təklif etməyəcək. Onlar Avropa Birliyi ölkələrinin dillərindən birini seçə bilərlər.

Qeyd edək ki, Litvada birinci xarici il (ingilis) ibtidai siniflərdən, ikinci isə 6-cı sinifdən öyrənilir.

Milli.Az


Etiketlər:  Bu ölkənin məktəblərində rus dili tədris olunmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ