Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 15:24
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Artur Jorjenin baş məşqçisi olduğu komanda 19-cu turda "Çaves"i qəbul edib.
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Meydan sahiblərinin yeganə qolunu Rodriqo Salasar vurub.
"Braqa" bu heç-heçə sayəsində xallarını 37-yə çatdırıb və 4-cü pillədə qərarlaşıb.
"Qarabağ"la "Braqa" arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.