Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 18:04
Türkiyənin "Haber7" portalı Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin əhəmiyyətindən yazıb.
Sonxeber.net Secki-2024.az-a istinadən xəbər verir ki, məqalənin müəllifi "Haber7"nin yazarı Hasan Öztürkdür.
Öztürk bildirir ki, o, Azərbaycan işğalda olan torpaqlarını azad etdikdən sonra ölkədəki siyasi atmosferin necə dəyişdiyinə şahidlik edib.
"Azad edilən Vətən torpaqları Qarabağda quruculuq, məskunlaşma və məşğulluq sahəsində qızğın iş gedir. Belə bir atmosferdə Azərbaycan prezident seçkilərini bir il önə çəkərək 7 fevralda seçkiyə gedir"- deyə, məqalədə bildirilir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.