Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şimali Koreyada çəkilmiş GİZLİ GÖRÜNTÜLƏR - İşgəncə verib öldürürlər - VİDEO - FOTO

Şimali Koreyada çəkilmiş GİZLİ GÖRÜNTÜLƏR - İşgəncə verib öldürürlər - VİDEO - FOTO

Tarix: 1 Fevral 2024 23:56

Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreyadakı əmək düşərgələrində çəkilmiş gizli görüntülər üzə çıxıb. Ölkə haqqında yayımlanan sənədli filmdə insanların işgəncələrə məruz qalaraq öldürüldüyü anlar anbaan lentə alınıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Şimali Koreyadan qaçmağa çalışan qaçqınların həyatından bəhs edən sənədli film beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olub.

"Beyond Utopia: Escape from North Korea" (Utopiyadan kənar: Şimali Koreyadan qaçış) adlı sənədli filmdə KXDR-dəki əmək düşərgələrinin dəhşətli şərtləri araşdırılıb. Belə ki, film çox pis şəraitdə yaşamaq məcburiyyətində qalan koreyalıların yaşadıqları ağrıları ortaya çıxarıb.

Filmdə 17 yaşlı oğluna qovuşmaq istəyən və çıxılmaz vəziyyətdə qalan Soyeon Linin hekayəsi də var. Filmdə həmçinin Çin, Vyetnam, Laos və Taylanddan qaçaraq Cənubi Koreyaya sığınan beş nəfərlik ailədən bəhs edilir.

Sənədli filmdə diqqət çəkən adlardan biri də KXDR-dən qaçmaq istəyənlərə kömək edən və Cənubi Koreyanın paytaxtı Seulda yaşayan keşiş Kim Seongeundur. Keşiş bir çox insanın qaçmasına kömək etdiyini bildirib. Qeyd olunub ki, qaçqınların əksəriyyəti Cənubi Koreyaya birbaşa keçməyib, çünki Kim Çen In sərhəddə iki milyon mina yerləşdirib. Belə ki, qaçqınların çoxu Çinlə sərhədi təşkil edən Yalu və Tümen çaylarından keçib.

"Sözcü" qəzetində yer alan xəbərə görə, 20 il əvvəl Şimali Koreyadan qaçmağı bacaran Hyeonseo Li adlı gənc qadın ölkəni tərk edərkən hər şeyi anladığını bildirib.

"Ölkədən qaçanda Şimali Koreyada nə qədər zalım bir rejimin olduğunu anladım. Sanki biz utopiya içində yaşayırıq kimi təbliğat aparırdılar", - o deyib.

Milli.Az


Etiketlər:  Şimali Koreyada çəkilmiş GİZLİ GÖRÜNTÜLƏR İşgəncə verib öldürürlər VİDEO FOTO


RƏYLƏR