Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zalujnı sükutu pozdu: Rusiyanın üstünlüyü...

Zalujnı sükutu pozdu: Rusiyanın üstünlüyü...

Tarix: 2 Fevral 2024 07:32

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı istefası ilə bağlı şayiələr fonunda CNN üçün məqalə yazıb və burada ölkənin hərbi sənayesinin əsas problemlərinə diqqət çəkib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Zalujnı qeyd edib ki, Kiyev Qərbdən gələn hərbi təchizatdan asılıdır və hazırda Qərb ölkələrindəki daxili siyasi gərginlik fonunda onların azaldılması ilə mübarizə aparmağa məcburdur.

O, eyni zamanda insan resurslarının səfərbər edilməsində düşmənin (Rusiya - red.) əhəmiyyətli üstünlüyünü tanımağa çağırıb.

Müdafiədəki əsas problemlərin həlli, o cümlədən ordunun yüksək texnoloji avadanlıqla təmin edilməsi üçün Zalujnı yeni bir sistem yaratmağın və təlim və döyüş əməliyyatlarının yeni fəlsəfəsini tətbiq etməyin vacibliyini bildirib.

Milli.Az


Etiketlər:  Zalujnı sükutu pozdu Rusiyanın üstünlüyü


RƏYLƏR