Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Turagentliklərin və müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb

Turagentliklərin və müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb

Tarix: 13 Noyabr 2019 19:36

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti və Ekspertlər Şurası turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlayıb.

Assosiasiyadan Trend-ə bildirilib ki, irəli sürülən təklifə əsasən bundan sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan agentliklərlə onların xidmətlərindən yararlanan müştərilər arasında icbari olaraq müqavilə imzalanacaq.

Nəzərdə tutulan müqavilə turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək. Eyni zamanda nəzərdə tutulan müqavilə tərəflər arasında yaşana biləcək problemlərin və narazılıqların qarşısını almağa xidmət edəcək.

Assosiasiyanın İdarə Heyətinin toplantısında quruma daha 18 yeni üzv qəbul edilib və onların sayı 50-ə yüksəlib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Turagentliklərin müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ