Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanın müdafiə naziri: “Xidmətə hazırlığımız çatışmır, bəziləri ordudan yayınır”

Ermənistanın müdafiə naziri: “Xidmətə hazırlığımız çatışmır, bəziləri ordudan yayınır”

Tarix: 3 Fevral 2024 08:34

"Orduda xidmətə hazırlığımız çatışmır, bəziləri xidmətdən yayınmağa çalışır".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Papikyan etiraf edib ki, 2023-cü il silahlı qüvvələr üçün ağır il olub.

"Hərbi xidmətə çağırışa gəlincə, bəli, narahatlıq doğuran problemlər var. Amma biz onları həll etməyə çalışırıq", - nazir deyib.

Papikyan hərbi universitetdə islahatların aparılmasını vacib sayıb.

O, yanvarda orduda "dedovşina" və qəzalar nəticəsində bir neçə hərbçinin öldüyünü qeyd edib.

Milli.Az


Etiketlər:  Ermənistanın müdafiə naziri Xidmətə hazırlığımız çatışmır bəziləri ordudan yayınır


RƏYLƏR