Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sallivan: ABŞ Yaxın Şərqdə əlavə zərbələr endirmək niyyətindədir

Sallivan: ABŞ Yaxın Şərqdə əlavə zərbələr endirmək niyyətindədir

Tarix: 4 Fevral 2024 19:08

ABŞ Suriya, İraq və Yəməndəki hazırkı bombardmanlarla məhdudlaşmayacaq və İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NBC telekanalında bildirib.

"Biz əlavə zərbələr endirəcəyik və əlavə tədbirlər görəcəyik", - o, deyib.

Qeyd edək ki, fevralın 3-də gecə saatlarında ABŞ Suriya və İraqa silsilə zərbələr endirib. Bu, İordaniyadakı Amerika bazasına pilotsuz təyyarə hücumuna cavab olub. Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib.

Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.


Etiketlər:  Sallivan ABŞ Yaxın Şərqdə əlavə zərbələr endirmək niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ