Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2024 07:58
ABŞ Prezidenti Cozef Bayden Senatın 2024-cü maliyyə ilində əlavə maliyyə ayrılması üçün təklif etdiyi, sərhəd nəzarətini gücləndirmək, Ukrayna və İsrailə dəstək üçün vəsaiti birləşdirən qanun layihəsini dəstəkləyib.
Sonxeber.net report.az-a istinadın xəbər verir ki, bu barədə Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.
"Biz artıq onilliklərin ən sərt və ədalətli sərhəd islahatlarını özündə əks etdirən milli təhlükəsizliklə bağlı ikitərəfli razılaşma əldə etmişik. Mən bu razılaşmanı qətiyyətlə dəstəkləyirəm", - Bayden qeyd edib.
ABŞ Prezidenti həmçinin qanunvericiləri təşəbbüsü tez bir zamanda təsdiqləməyə çağırıb. "Mən Konqresi bir araya gəlməyə və ikitərəfli sazişi gecikdirmədən qəbul etməyə çağırıram. Qoy sənəd masama gəlsin ki, mən onu dərhal imzalaya bilim", - dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, əlavə ayırmaların ümumi məbləği 118 milyard dollardan çox olub. Senatorlar bunun 60,06 milyard dollarını Ukraynaya, 14,1 milyard dollarını İsrailə, 20,23 milyard dollarını isə Meksika ilə sərhədin təhlükəsizliyinin təminatına sərf etməyi təklif edirlər.