Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyaya partlayıcı yük daşınır: yenə erməni izi...

Rusiyaya partlayıcı yük daşınır: yenə erməni izi...

Tarix: 5 Fevral 2024 15:14

Terror aktları törətmək məqsədilə Odessadan Voronejə aparılan partlayıcı dolu yük Gürcüstanda saxlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən məlumat verilib.

"Partlayıcı maddələrin Gürcüstan ərazisindən Rusiyaya daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak edib. Proses Ukraynada təşkil olunub. Partlayıcı maddələrin daşınmasının arxasında Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyasından olan deputat Andrey Şaraşidze dayanıb. Partlayıcı maddələrin daşınmasının təşkilatçılarının Gürcüstanda terror aktları törətməyi planlaşdırdıqları istisna edilmir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Krım körpüsündə 2022-ci il 8 oktyabrda baş verən partlayışı törədən yük maşını Ermənistandan getmişdi.

Milli.Az


Etiketlər:  Rusiyaya partlayıcı yük daşınır yenə erməni izi


RƏYLƏR