Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2024 17:32
Sosial şəbəkələrdə Göyçay şəhərində qadının ictimai yerlərdə çılpaq vəziyyətdə gəzməsinə dair görüntülər yayılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, küçədə geyimsiz hərəkət edən şəxs insanlarda narahatlıq yaradıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib: "Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib".
Qeyd edək ki, saxlanılan şəxs artıq ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.