Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kibercinayətin yeni növü: İnterpol hərəkətə keçdi

Kibercinayətin yeni növü:  İnterpol hərəkətə keçdi

Tarix: 5 Fevral 2024 20:46

İnterpol bölmələri bu yaxınlarda Davosda keçirilən "Dünya İqtisadi Forumu" sammitində "Metaverse" və virtual dünyalarla bağlı narahatlıq doğuran hesabat təqdim ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İnterpol qrupları sözügedən hesabatda rəqəmsal dünyanın yeni cinayət növlərini ortaya çıxarıb.

İnterpolun baş katibi Yurgen Stok bu barədə bildirib: "Metaverse və süni intellekt dünyanın tam hazır olmadığı cinayətkar fəaliyyət üçün yeni çağırışlar təqdim edir. Bu vəziyyət artıq İnterpolu və ölkələrdəki kibertəhlükəsizlik bölmələrini hərəkətə keçirib".

"Türkiye Metaverse Platforması"nın sədri professor Levent Eraslan İnterpolun bu barədə xəbərdarlığının çox önəmli olduğunu vurğulayıb:

"Kibercinayət anlayışı hazırda İnterpolun dünyada ən mühüm məqalələrindən biridir. Şifrələri 3 aydan bir dəyişmək lazımdır. Sosial media vasitəsilə şəxsi məlumat paylaşmamaq vacibdir. İctimai Wi-Fi-dan uzaq durmaq lazımdır. Gecə saat 02:00 və 05:00 kriminal aləmin ən işlək saatlarıdır. Biz buna "cinayət saatı" deyirik. Valideynlər də bu zaman övladlarının rəqəmsal izlərinə diqqət yetirməlidirlər".

Milli.Az


Etiketlər:  Kibercinayətin yeni növü İnterpol hərəkətə keçdi


RƏYLƏR