Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin BƏƏ rəhbəri ilə danışdı: Qəzzaya yardım...

Putin BƏƏ rəhbəri ilə danışdı: Qəzzaya yardım...

Tarix: 5 Fevral 2024 21:24

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan ilə telefon danışığı aparıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinə səfərinin yekunlarını nəzərə alaraq BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan ilə telefon danışığı aparıb.

Fələstin-İsrail münaqişəsi zonasında davam edən hərbi qarşıdurma fonunda Qəzza zolağına əlavə humanitar yardımın göstərilməsi üçün addımlar nəzərdən keçirilib. Rusiya və BƏƏ-nin Fələstin probleminin məlum beynəlxalq hüquqi əsaslarla uzunmüddətli və ədalətli həllinə nail olmaq üçün tezliklə atəşkəs və siyasi prosesin bərpası lehinə prinsipial mövqeyi təsdiq edilib", - məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Putin BƏƏ rəhbəri ilə danışdı Qəzzaya yardım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ