Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kaliforniyada fövqəladə vəziyyət elan edildi

Kaliforniyada fövqəladə vəziyyət elan edildi

Tarix: 6 Fevral 2024 10:40

ABŞ-nin qərb sahili bir neçə gün ərzində əhəmiyyətli yağışlarla üzləşib və Kaliforniyada 20 milyon insan daşqın xəbərdarlığı alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, çərşənbə günündən başlayaraq Şimali Kaliforniyada güclü yağışlar yağıb və cümə axşamı səhər Los-Ancelesə çatıb. Şəhərin bəzi yollarını su basıb, turistlər arasında sahil mənzərələri ilə tanınan avtomobil yolu olan "Pacific Coast Highway"in bir hissəsi bağlanıb.

2023-cü ildə ABŞ-nin qərb sahilində demək olar ki, rekord miqdarda yağıntı gətirən bir sıra çox güclü tufanlar səbəbindən qış həddindən artıq yağıntılı keçib. Digər tərəfdən, bu yağıntılar Kaliforniyaya bir neçə illik şiddətli quraqlıqdan sonra su təchizatını bərpa etməyə imkan verib.

Qeyd edək ki, Kaliforniya tarixən bir-birini əvəz edən istilik və güclü yağış dalğalarına artıq öyrəşib.

Milli.Az


Etiketlər:  Kaliforniyada fövqəladə vəziyyət elan edildi


RƏYLƏR