Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona”ya yeni baş məşqçi axtarışından DANIŞDI

“Barselona”ya yeni baş məşqçi axtarışından DANIŞDI

Tarix: 6 Fevral 2024 13:48

"Barselona"nın idman direktoru Deko komandanın baş məşqçisi kimi Xavinin davamçısı axtarışından danışıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Hazırda heç bir məşqçi ilə danışmamışıq. Kim gəlirsə, onun iş xəttini izləməli, böyük işlərə ambisiyalı və həvəsli olmalıdır.

Motta? Mən onun işini çox izləmirəm. Mən Markesi izləyirəm. Bu, çətinlikləri dəf edərək böyüyən gənc məşqçidir. Buraya gəlməsi onu daha da yaxşılaşdıracaq", - Lent.az xarici mediaya istinadən məlumat verir ki, Deko deyib.

Yanvarın 28-də İspaniya çempionatının 22-ci turunda "Vilyarreal"a məğlubiyyətdən (3:5) sonra Xavi 2023/2024 mövsümünün sonunda komandadan ayrılacağını açıqlayıb.

44 yaşlı mütəxəssis 2022-ci ilin noyabrından Kataloniya klubunu çalışdırır. Onun rəhbərliyi altında "Barselona" İspaniya çempionatını (2022/2023) və İspaniya Superkubokunu (2022/2023) qazanıb.

Milli.Az


Etiketlər:  Barselonaya yeni baş məşqçi axtarışından DANIŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ