Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan: Aİ mahiyyətcə Cənubi Qafqazdır

Paşinyan: Aİ mahiyyətcə Cənubi Qafqazdır

Tarix: 8 Fevral 2024 09:46

Paşinyandan Rusiyaya daha bir zərbə.

"İndi iki qonşu ölkəmiz Aİ-yə üzv olmaq üçün namizəd statusuna malikdir (Gürcüstan və Türkiyə) və əgər əvvəllər demək mümkün idisə: Aİ haradadır, bizim regionumuz haradadır, indi Aİ, əslində, regionumuzdur və biz bunu şəraiti nəzərə almalıyıq", - baş nazir Paşinyan parlamentdə çıxışı zamanı deyib.

2023-cü il dekabrın 14-də Avropa Şurasının prezidenti Mişel Aİ liderlərinin Gürcüstana namizəd statusu verdiyini açıqlayıb. Türkiyə 1999-cu ildən namizəd statusuna malikdir. Bu günə qədər Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar dosyesi adlanan 35 mövqedən 16-sı açıq qalır.

Ermənistan hakimiyyəti hərbi tərəfdaşlığa önəm verərək Qərbə istiqamətlənməni sürətləndirir.


Etiketlər:  Paşinyan mahiyyətcə Cənubi Qafqazdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ