Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiola "Barselona"ya qayıdır? - Deku açıqladı

Qvardiola

Tarix: 8 Fevral 2024 18:12

"Barselona"nın idman direktoru Deku komandanın "sükanı"nın Xosep Qvardiolaya  tapşırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini belə çatdırıb:

"Hazırda heç bir mütəxəssislə danışıq aparmırıq. Qvardiola? Onun başqa klubla müqaviləsi var. Pepin qayıdışı barədə danışmaq "Mançester Siti"yə qarşı hörmətsizlik olar". 

Xatırladaq ki, Qvardiola 2009-2012-ci illər aralığında Kataloniya təmsilçisinin baş məşqçisi olub. "Blauqrana" sözügedən mütəxəssisin rəhbərliyi altında 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

Milli.Az


Etiketlər:  Qvardiola Barselonaya qayıdır Deku açıqladı


RƏYLƏR