Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kakaonun qiyməti rekord vurdu

Kakaonun qiyməti rekord vurdu

Tarix: 9 Fevral 2024 08:54

Kakao dənələrinin qiyməti bir ton üçün 5,6 min dolları ötməklə yeni tarixi rekorda imza atıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Londonun "ICE Futures" birjasında ticarət məlumatları sübut edir.

Mart ayı kakao fyuçerslərinin dəyəri bir ton üçün 5 625 dollara yüksəlib ki, bu da əvvəlki günün bağlanış qiymətindən 3,97% çoxdur.

Yeni rekord əvvəlkindən cəmi bir həftə sonra qeydə alınıb. Hələ fevralın ikisində birjada kakao dənələrinin qiyməti 1977-ci ildən bəri ilk dəfə bir ton üçün beş min dolları ötüb.

Bildirilib ki, qiymət artımının səbəbi kakao dənələrinin qlobal qıtlığıdır. Beynəlxalq Kakao Təşkilatının (ICCO) analitiklərinin fikrincə, 2024-cü ildə vəziyyət yaxşılaşmayacaq.

Bu fonda şokoladın qiymətinin qalxacağı gözlənilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əlavəsiz şokolad xüsusilə baha olacaq.

Milli.Az


Etiketlər:  Kakaonun qiyməti rekord vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ