Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İndi isə beysbol izləməyə davam edin" - İbrahimoviç azarkeşlərlə vidalaşdı

Tarix: 14 Noyabr 2019 12:24

Dekabrın 31-i "Los Anceles Qelaksi" ilə başa çatacaq müqaviləni yeniləməyəcək Zlatan İbrahimoviç klubun azarkeşləri ilə vidalaşıb.

Qol.az xəbər verir ki, bununla bağlı o, "İnstaqram" hesabında yazıb: "Gəldim, gördüm, qalib gəldim. "Los-Anceles Qalaksi"yə məni yenidən canlı hissi etdirdiyi üçün təşəkkür edirəm.  Zlatanı istədiniz, mən də sizə Zlatanı verdim. Dəyməz. Hekayə davam edir... İndi isə beysbol izləməyə davam edin".

Qeyd edək ki,   2018-ci ildə "Mançester Yunayted"dən "Los-Anceles Qalaksi"yə keçən İbrahimoviç MLS klubunda 56 oyunda 52 qol vurub.

 


Etiketlər:  İndi isə beysbol izləməyə davam edin İbrahimoviç azarkeşlərlə vidalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ