Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyar Ağayev yenə Superliqaya dəvət aldı

Əliyar Ağayev yenə Superliqaya dəvət aldı

Tarix: 9 Fevral 2024 15:52

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasına dəvət alıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, FİFA referisi fevralın 11-də keçiriləcək 22-ci turunun görüşünü idarə edəcək.

Belə ki, o, həmin gün baş tutacaq PAOK - AEK oyununda ədaləti qoruyacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

Yerli Diamantopulos dördüncü hakim funksiyasını icra edəcək. Elçin Məsiyev isə VAR hakimi olacaq.


Etiketlər:  Əliyar Ağayev yenə Superliqaya dəvət aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ