Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şafik Pşixaçev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Şafik Pşixaçev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tarix: 10 Fevral 2024 14:00

Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi, "Beynəlxalq İslam Missiyası" Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri Şafik Pşixaçev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az president.az-a istinadən bildirir ki,  məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

İcazə verin, "Beynəlxalq İslam Missiyası" Mərkəzləşdirilmiş Dini Təşkilatı adından Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə təbrik edim.

Siz atanız Heydər Əlirza oğlunun kursunu davam etdirərək Rusiya və Azərbaycan xalqları arasında yaxınlığın davam etməsi üçün çox böyük işlər görürsünüz və bunun sayəsində rusiyalı müsəlmanların böyük ehtiramını qazanmısınız.

Cənab Prezident, əminəm ki, peşəkar təcrübəniz, enerjiniz, idarəçilik istedadınız və təşkilatçılıq bacarığınız Sizə bundan sonra da ölkəni və cəmiyyəti işıqlı gələcəyə aparmağa imkan verəcəkdir.

Bütün qəlbimlə Allaha dua edirəm ki, Sizə çətin və məsuliyyəti fəaliyyətinizdə uğurlar bəxş etsin".

Milli.Az


Etiketlər:  Şafik Pşixaçev İlham Əliyevə təbrik məktubu ünvanlayıb


RƏYLƏR