Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2024 16:45
Əməkdar artist Təyyar Bayramov adını açıqlamadığı bir aktrisanın ona yazdığı şərhdən söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu haqda xanəndə qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.
Bayramov efir vasitəsi ilə həmin aktrisaya sətiraltı mesaj ünvanlayıb:
"Təəssüf ki, məcburi köçkün həyatı yaşayan xanımdır. Özü də yerlimdir, ağdamlıdır. Bir şərh yazmışdı ki, dözə bilmirsən, get torpağını al. Sonra öyrəndim ki, qohum-əqrəbalı bir xanımdır. Həmin xanımla verilişlərdən birində qarşılaşanda söylədim ki, belə yanaşmanıza təəssüf edirəm. Belə yanaşmaq olmaz. Müharibə başlayanda mən Elnur Zeynalovla hərbi komissarlığa getdim ki, biz də hazırıq".