Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2024 23:54
Kareliyada qəzaya uğrayan Mi-8 helikopterinin hər üç ekipaj üzvünün cəsədi tapılıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Cinayət işi çərçivəsində müstəntiq 2024-cü il fevralın 4-də Kareliya Respublikasında qəzaya uğrayan Oneqa gölünün dibindən qaldırılmış helikopterə baxış keçirib. Hər üç ekipaj üzvünün cəsədi aşkar edilib", - deyə məlumatda bildirilib.