Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2024 03:06
Çinin Siçuan Universitetinin alimləri aşkar ediblər ki, çayın müntəzəm istehlakı onun tərkibinə daxil olan xüsusi birləşmələr, polifenollar sayəsində orqanizmin qocalma prosesini ləngitməyə kömək edir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, tədqiqatçılar 30-79 yaş arası təxminən səkkiz min Çin sakininin məlumatlarını təhlil ediblər. Elmi işə yaşları 37 ilə 73 arasında dəyişən altı min britaniyalı könüllünün məlumatları da daxil edilib. Tədqiqatçılar iştirakçıların yemək vərdişləri haqqında məlumat toplayıb və onlardan adətən nə qədər çay içdiklərini bildirmələrini istəyiblər.
Tədqiqatçılar, həmçinin iştirakçıların qan təzyiqini, xolesterinin səviyyəsini və bədəndə yağ faizini qeyd ediblər. Bu məlumatlar elm adamları tərəfindən subyektlərin bioloji yaşını qiymətləndirmək üçün istifadə edilib.
Məlum olub ki, müntəzəm çay istehlakı orqanizmin bioloji qocalma sürətinin azalması ilə əlaqələndirilir. Qeyd olunur ki, polifenollar, xüsusi bitki birləşmələri qocalma əleyhinə təsir göstərir. Onlar antiinflamatuar və antioksidant təsirlərə malikdirlər.