Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

16 hokkeyçi zəhərlənərək xəstəxanaya yerləşdirildi

16 hokkeyçi zəhərlənərək xəstəxanaya yerləşdirildi

Tarix: 11 Fevral 2024 09:40

Avstraliyanın cənubunda azı 16 hokkeyçi dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABC radiostansiyası məlumat yayıb.

Məlumata görə, "Melburn" və "Adelaida" hokkey komandalarının oyunçuları Adelaidada keçirilən oyundan sonra dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər idmançıların buz təmizləyən maşının çənlərindən maye sızması nəticəsində xəsarət aldığını müəyyən ediblər.

Cənubi Avstraliya ştatının Təcili Yardım Xidmətinin sözçüsü bildirib ki, bütün zərərçəkənlər sabir durumda Adelaida Kral Xəstəxanasına çatdırılıblar. "Xəstələr həkimlərin nəzarəti altındadırlar, onların əksəriyyətinin oksigen terapiyasına ehtiyacı var", - xidmət nümayəndəsi bildirib.

Şəhər hakimiyyəti sızmanın nəticələrini aradan qaldırmaq və avadanlıqları təmir etmək üçün buz arenasını bağlayıb.


Etiketlər:  hokkeyçi zəhərlənərək xəstəxanaya yerləşdirildi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ