Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappenin anası “Real Madrid” ilə münaqişə yaşayır

Mbappenin anası “Real Madrid” ilə münaqişə yaşayır

Tarix: 12 Fevral 2024 07:40

"Paris Sen-Jermen" və Fransa millisinin futbolçusu Kilian Mbappenin anası Fayza Lamari "Real Madrid" rəhbərliyi ilə münaqişə yaşayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, forvardın agenti kimi fəaliyyət göstərən Lamari futbolçunun özünün buna hazır olmasına baxmayaraq, güzəştə getmək istəmir. "Real" isə transferi yalnız öz şərtləri ilə təşkil etmək istəyir.

Xatırladaq ki, fevralın 3-də 25 yaşlı fransız futbolçu 2024-cü ilin yayında azad agent hüququ əsasında "Real Madrid"ə keçəcəyini bildirib. Sonradan məlum olub ki, müqavilənin razılaşdırılmasında çətinliklər ucbatından sövdələşmə pozula bilər.

Milli.Az


Etiketlər:  Mbappenin anası Real Madrid ilə münaqişə yaşayır


RƏYLƏR