Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda SEPAH-ın iki üzvü öldürüldü

İranda SEPAH-ın iki üzvü öldürüldü

Tarix: 12 Fevral 2024 07:54

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic könüllü bölməsinin iki döyüşçüsü ölkənin cənub-şərqində naməlum şəxslərin hücumu nəticəsində ölüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Sistan və Bəlucistan əyalətinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Qeyd olunur ki, əsgərlər Zahidan-Bam dəmir yolu marşrutunda təhlükəsizlik postuna hücum nəticəsində ölüblər.

Xatırladaq ki, fevralın 11-də Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində 9 Pakistan vətəndaşı həlak olub.

Milli.Az


Etiketlər:  İranda SEPAH ın iki üzvü öldürüldü


RƏYLƏR