Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pentaqon rəhbəri reanimasiyaya yerləşdirildi

Pentaqon rəhbəri reanimasiyaya yerləşdirildi

Tarix: 12 Fevral 2024 09:20

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Uolter Ridd tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat Pentaqonun saytında yerləşdirilib.

Məlumata görə, buna səbəb Ostinin sidik kisəsində yaranan problem olub. Onun xəstəxanadan nə vaxt buraxılacağı məlum deyil. 

Xatırladaq ki, ötən ilin dekabrın sonu Ostində prostat xərçəngi aşkar edilib və o əməliyyat olunub. O, bir müddət Vaşinqton yaxınlığında Uolter Ridd Milli Tibbi Mərkəzində müalicə alıb. Pentaqon rəhbəri bir aylıq fasilədən sonra yanvarın 29-u yenidən işgüzar görüşlərinə başlayıb. Həmin gün o, NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb və ona hələ ki tam sağalmadığını bildirib.

Milli.Az


Etiketlər:  Pentaqon rəhbəri reanimasiyaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ