Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tarixdə keçiriləcək sınaq imtahanı iştirakçılarının NƏZƏRİNƏ!

Bu tarixdə keçiriləcək sınaq imtahanı iştirakçılarının NƏZƏRİNƏ!

Tarix: 12 Fevral 2024 19:02

Dövlət İmtahan Mərkəzi fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçirəcək. Abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə Sonxeber.net-a Mərkəzdən məlumat verilib.

İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.


Etiketlər:  tarixdə keçiriləcək sınaq imtahanı iştirakçılarının NƏZƏRİNƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ