Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rembo''nu artıq bu aktyor canlandıracaq

''Rembo''nu artıq bu aktyor canlandıracaq

Tarix: 12 Fevral 2024 21:15

Aktyor Silvestr Stallone görüş zamanı Rayan Qoslinqi "Rembo" rolunda görmək istədiyini bildirib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ulduz bunu "Cimmi Fallonun Baş rolda olduğu Tonight Show" televiziya şousunda deyib.

"O Rembo ilə çox ideyalarının olduğunu söylədi. Düşündüm ki, bu maraqlıdır. Nə vaxtsa estafeti ötürsəm, bu rolda o, olacaq. Çünki Qoslinq bu obrazı sevir", - Stallone bildirib.

Aktyor əlavə edib ki, onların söhbəti zamanı Qoslinq ona Vyetnam müharibəsi veteranı Con Rembo kimi geyinərək məktəbə getməyindən danışıb.

"Rembo" franşizasının canlandırılması ilə bağlı rəsmi açıqlama verilməyib, lakin prodüserlər Kevin King Templeton və Les Veldon filmin altıncı hissəsinin yaradılmasında maraqlı olduqlarını bildiriblər. Aktyor Silvestr Stallone sonuncu dəfə 2019-cu ildə çəkilmiş "Rembo: Son Qan" döyüş filmində qəhrəmanı canlandırıb. Sonra etiraf edib ki, bu, onun franşizadakı son işidir. Lakin aktyor personajın hekayəsinin bununla bitməyəcəyinə ümid edib.

Milli.Az


Etiketlər:  Rembonu artıq aktyor canlandıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ