Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2024 11:42
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.net president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin yenidən Prezident seçilməyiniz ölkə vətəndaşları arasında şəksiz nüfuzunuzu və Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətinizə verilən yüksək qiyməti təsdiq etdi.
Əminəm ki, Sizin köməyinizlə ölkələrimiz arasında çoxplanlı əməkdaşlığın mühüm tərkib hissəsi olan Rusiya-Azərbaycan dialoqu gələcəkdə də inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, cansağlığı və əmin-amanlıq arzulayıram".