Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Braqa" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

Tarix: 13 Fevral 2024 16:00

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Braqa" - "Qarabağ" oyununun hakimləri bəlli olub.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Portuqaliyada baş tutacaq matçı danimarkalı Morten Kroq idarə edəcək. Onun köməkçiləri Vollenberq Rasmussen və Stefen Bramsen olacaqlar.

Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Rob Dieperink (Niderland), onun assistenti Yonas Hansen (Danimarka) olacaq.

Qeyd edək ki, fevralın 15-də Braqa şəhərindəki "Estadio Munisipal"da baş tutacaq matç Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Braqa Qarabağ oyununun hakimləri bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ