Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan idmançısı Avropada ilin ən yaxşı gimnastı seçildi

Azərbaycan idmançısı Avropada ilin ən yaxşı gimnastı seçildi

Tarix: 13 Fevral 2024 16:50

Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada ilin gimnastı adına layiq görülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Avropa Gimnastikasının rəsmi saytı bu barədə məlumat verib. İdmançı 226 min 339 səslə bütün rəqiblərini qabaqlayıb.

O, səslərin 52 faizini toplayıb.

İlin məşqçisi isə digər həmyerlimiz Adil Hüseynzadə (tamblinq) seçilib. O, 196 min 735 səslə (46 faiz) birinci olub.

Qeyd edək kİ, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Malkinin yer aldığı yığmamız da komanda hesabında birinci olub.

Milli.Az


Etiketlər:  Azərbaycan idmançısı Avropada ilin ən yaxşı gimnastı seçildi


RƏYLƏR