Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 yaşlı uşaq 11 yaşlı bacısını bıçaqladı - VİDEO - FOTO

4 yaşlı uşaq 11 yaşlı bacısını bıçaqladı - VİDEO - FOTO

Tarix: 13 Fevral 2024 16:56

Bursada 4 yaşlı uşaq 11 yaşlı bacısına bıçaqla xəsarət yetirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursanın İnegöl mahalının Yenice rayonunda baş verib. Hakan-Cansu cütlüyü uşaqlarını evdə qoyub bazara gedib. 12 yaşlı Elif 4 yaşlı bacısı Könüllə oynamağa başlayıb.

Bu zaman mətbəxə gedən Könül bıçaqla bacısını iki yerindən bıçaqlayaraq xəsarət yetirib. Evə gələn ailə qızlarının qan içində olduğunu görərək xəstəxanaya aparıblar.

Yaralı yeniyetmə müalicə olunub. Ailə nə baş verdiyini anlaya bilməyib. 4 yaşlı Könül bacısını o vəziyyətdə görəndə ağlamağa başlayıb. Daha sonra bacısından öpərək üzr istəyib.

Hadisəni izah edən 12 yaşlı Elif: "Pəncərədən çölə baxırdım. Bacım mətbəxdən götürdüyü bıçaqla niyə çölə baxırsan deyərək məni bıçaqladı. Ayağımın iki yerindən yaralandım" deyib.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Milli.Az


Etiketlər:  yaşlı uşaq yaşlı bacısını bıçaqladı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ