Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe bu kluba keçməyəcək - SƏBƏB

Mbappe bu kluba keçməyəcək - SƏBƏB

Tarix: 13 Fevral 2024 20:36

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını davam etdirmək üçün artıq "Liverpul"u bir seçim hesab etmir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mbappe İngiltərə klubuna keçməyi ciddi şəkildə araşdırırdı. Çünki Yurgen Klopp ilə işləmək fürsəti onun üçün cəlbici gəlirdi. Fransız futbolçu Kloppun onu dünyanın ən yaxşı futbolçusu edə biləcəyinə inanırdı.

Almaniyalı məşqçinin mövsümün sonunda "Liverpul"dan ayrıldığını elan etməsi Kilianın fikrini dəyişib. Mersisaydlılar artıq onun üçün seçim kimi qəbul edilmir.

Xatırladaq ki, Mbappe bu mövsüm klubun heyətində bütün turnirlərdə 29 matçda iştirak edib, 30 qol vurub və 7 məhsuldar ötürmə verib.

Milli.Az


Etiketlər:  Mbappe bu kluba keçməyəcək SƏBƏB


RƏYLƏR