Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kivi yeməyin daha bir faydası - 4 GÜN ƏRZİNDƏ...

Kivi yeməyin daha bir faydası - 4 GÜN ƏRZİNDƏ...

Tarix: 13 Fevral 2024 21:09

Elm adamlarının apardığı araşdırmalar zamanı kivinin psixi pozğunluğu aradan qaldırdığı və ruh halını yaxşılaşdırdığı məlum olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, buna səbəb kivinin daxilində çoxlu C vitamini olmasıdır.

Kivi yeyən insanın 4 gündə hüzuru artarır və ruh halının yaxşılaşır. Kivinin tərkibindəki C vitamini digər meyvələrdən daha çoxdur.

Yeni Zelandiyanın Otago Universitetinin alimləri C vitamini az olan 155 nəfər üzərində 8 həftə araşdırma aparıb.

Təcrübədə iştirak edənlər gündəlik olaraq iki kivi yeyiblər.

8 həftə bitəndə iştirakçılara anketlər verilib və onların özlərini necə hiss etdikləri barədə sualları cavablandırmaları tələ olunub.

Bu barədə "British Journal of Nutrition"da məlumat yayımlanıb.

Kivinin 4 gün ərzində ruh sağlığını yaxşılaşdırdığı məlum olub. O da məlum olub ki, kivi yemək bədəndəki C vitaminini 14-16 gün ərzində tamamilə yüksəldir. 

Milli.Az


Etiketlər:  Kivi yeməyin daha bir faydası 4 GÜN ƏRZİNDƏ


RƏYLƏR