Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2024 07:28
Məşhur müğənni Cennifer Lopezin təqaüdə çıxacağı bildirilib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, buna səbəb ifaçını 9-cü stüdio albomunun sonuncu albom olacağını söyləməsdir.
"Açığı yenidən yeni bir albom çıxaracağıma əmin deyiləm. 9-cu albomum xüsusi kolleksiyamdır. Mənim üçün yeni bir dövrün sonudur. Bu səbəblə də bütün enerjimi bu alboma sərf etdim" - deyə, Cennifer qeyd edib.
Albomdakı "Dear Ben pt. II" və "Midnight Trip to Vegas" adlı sinqllar Cenniferin Afleklə evliliyinə həsr edilib.
"This Is Me... Now" adlı albom fevralın 16-da musiqisevərlərin ixtiyarına veriləcək. Bundan əvvəlki albomu isə "This Is Me... Then" adlanırdı.
Bu albomdan sonra "This Is Me... Now: The Film" adlı film də yayımlanacq.
Lopez ekran işinin senarisini həyat yoldaşı ilə birlikdə qələmə alıb.
Filmin fragmanında 2002-ci il 24 noyabrda yazılan bir məktub var. Orada "Sevgi çətindir amma sən şirinsən. Hədiyyə üçün təşəkkür edirəm. Ümid edirəm gülləri bəyənərsən" yazısı qeyd edilib.