Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir

İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir

Tarix: 14 Fevral 2024 18:24

Təbii ki, biz nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.

Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunun işlək vəziyyətdə olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq".

Milli.Az


Etiketlər:  İlham Əliyev Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ