Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaz xətti zədələndi, 9 kənd qazsız qaldı

Qaz xətti zədələndi, 9 kənd qazsız qaldı

Tarix: 14 Noyabr 2019 19:09

Bakı. Samir Əli - Trend:

Şamaxı rayonunda qazıntı işləri zamanı zədələnən qaz xətti bərpa olunandan bir qədər sonra başqa bir təşkilata məxsus texnika ilə təkrar olaraq yarasız hala salınıb.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Şamaxı rayonunun Cabanı kəndi ərazisində “Çuxuryurd-Sabir” polietilen qaz xətti qazıntı işləri aparan texnika ilə qırılıb. 9 kənddə təxminən 2 minə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Saat 16:00 radələrində bərpa işləri tamamlanıb. Lakin bir qədər sonra həmin qaz xətti digər bir şirkətin texnikası ilə başqa bir yerdə - Şamaxı rayonunun Sabir qəsəbəsində təkrar zədələnib. Yenə də təqribən eyni sayda abonentin qaz təchizatında fasilə müşahidə olunur. Bərpa işləri görülür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  xətti zədələndi kənd qazsız qaldı


RƏYLƏR